İranlı müğənnini efirdən qovan Zaur özünü müdafiə etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini efirdən qovması ölkə mətbuatında səs-küyə səbəb oldu. Verilişdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələr yaradıb. Zaura bu hərəkətinə görə haqq verənlər olsa da, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti onun efirdən uzaqlaşdırılmasını tələb edərək bu hərəkətini tərbiyəsizlik adlandırıblar.
BAKU.WS xəbər verir ki, yaşananlardan sonra Zaur Kamal verilişin ötən gün yayımlanan buraxılışında bununla bağlı açıqlama verib. O, öz hərəkətinə haqq qazandırmağa çalışıb:
"Günah məndədir. Mən günahı başqasında yox, özümdə görürəm. Bu haqda bayaq Aqşinlə də danışıram. Deyir, "Zaur, sən yeni çıxan müğənniləri çox dağ başına qaldırırsan". Mənim iranlı müğənnilərə qarşı xüsusi hörmətim var. Sadəcə o qardaş efir balşamazdan əvvəl dəhlizdə deyib ki, "İranlı müğənniləri niyə efirə dəvət edirsiniz? Onlara qulaq asan yoxdur". Burada aparıcı mənəm. Mən bilərəm, kimi dəvət etmək olar".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...