İranlı musiqiçi Qarabağda konsert verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İran və Ermənistan arxeoloqlarının Şuşada qanunsuz arxeoloji qazıntılar aparılmasının ardınca bu iki ölkənin təmsilçilərinin işğal olunmuş ərazilərimizdə daha bir müştərək fəaliyyəti barədə xəbər yayılıb.
BAKU.WS bildirir ki, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xankəndi şəhərində Dağlıq Qarabağın oyuncaq "mədəniyyət nazirliyi”nin dəstəyi ilə Sayat Nova adına kollecdə İran və Dağlıq Qarabağın musiqiçilərinin birgə konserti olub.
İrandan gələn fleytaçı Meysam Hodrat erməni həmkarı Artaşes Qriqoryanla, həmçinin poanoçu Marina Barxudaryanla bir səhnəni bölüşüb. Konsertdə erməni, iran və qərb bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan ərazisinə qanunsuz səfər etmiş İran musiqiçisi deyib ki, Dağlıq Qarabağda olduğuna görə şaddır.
"Mən ilk dəfə turist kimi burada olmuşdum. Ancaq bu dəfə bu möcüzəli "ölkə”yə musiqiçi kimi gəlmişəm”-Hodrat sarsaqlayıb. O, iddia edib ki, Dağlıq Qarabağla İran arasında münasibətlərin inkişafını istəyir.
İrəvan Akademik opera və balet teatrında işləyən A.Qriqoryan isə bu sərsəmləmələri davam etdirib və deyib ki, bu konsert "İranın ənənəmi yeni ilinə” (Novruz) həsr olunub. "Bizim mədəni əlaqələrimizi möhkəmləndirən belə konsertlərə təşəkkür edirik. Bu kimi tədbirlər həm də turizm əlaqələrini genişləndirir”-erməni musiqiçi deyib.
Yəqin ki, Azərbaycan XİN, həmçinin Mədəniyyət və Turizm Nazirliyi İran vətəndaşı olan musiqiçinin qanunlarımızı pozmasına müvafiq münasibət bildirəcək.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb
Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, ölən şəxs 1997-ci il təvəllüdlü Qor Qareqinyandır. Erm...