Ramiz Rövşən: "Rüstəmin vəfatından sonra böyük bir boşluq qaldı"

Ramiz Rövşən: Rüstəmin vəfatından sonra böyük bir boşluq qaldı
Şou-biznes 184

"Xalqımız çox böyük bir sənətkarı itirdi. Bir ifadə var, həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. İnsan haqqında bundan qəddar söz ola bilməz. Rüstəm İbrahimbəyov bir xalq üçün, dünya üçün əvəzolunmazdır. Bir söz var, deyirlər, "Sən elə yaşa ki, öləndən sonra yerindəki boşluq aydın görünsün". Onun vəfatından sonra böyük bir boşluq qaldı. Rüstəm Bakı məhlələrinin həyətlərinin yetirməsi idi".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn mərasimində deyib. O, Rüstəm bəyin vəfatının Azərbaycan mədəniyyətində böyük itki olduğunu bildirib:

"Onun əsərlərində mühəndislik, konstruktivlik var idi. O, böyük dramaturq idi. Onunla 1969-cu ildən dostam. Mən elə bilirəm ki, biz onun simasında çox yaxın adamımızı itirdik. Onun yeri həmişə görünəcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər