Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının on dördüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vaxtı isə 19:33-dədir.
Aprelin 15-i üçün namaz vaxtları:
Sübh azanı 04:38Zöhr azanı 12:41Əsr azanı 17:23Məğrib azanı 19:33İşa azanı 20:39
On dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!”
Tərcüməsi:
“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
Qalereya
Oxşar xəbərlər
Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının 10-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də imsak vaxtı saat 04:40-da, iftar vaxtı isə...
