Ramazan ayının on beşinci gününün imsak, iftar və namaz vaxtları – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Ramazan ayının on beşinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 16-da imsak vaxtı saat 04:31-də, iftar vaxtı isə 19:34-dədir.
Aprelin 16-sı üçün namaz vaxtları:
Sübh azanı 04:36Zöhr azanı 12:41Əsr azanı 17:23Məğrib azanı 19:34İşa azanı 20:40
On beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!”
Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
Qalereya
Oxşar xəbərlər
Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının on dördüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vax...