İradə İbrahimova: "Ağ saçlarıma təslim oldum" - FOTO/VİDEO

İradə İbrahimova: Ağ saçlarıma təslim oldum - FOTO/VİDEO
Video
Şou-biznes 1853

Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın yeni saç düzümü müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, son zamanlar sosial şəbəkədə ağ saçlı fotosunu paylaşan sənətçi bununla bağlı açıqlama verib. İradə artıq saçlarını rənglətdirməyəcəyini və saçının daim təbii, ağ rəngdə qalacağını bildirib:

“Bu haqda açıqlama vermək istəyirəm. Saçlarımın rəngi imic dəyişikliyi deyil. Ağ saçlarıma təslim oldum. Onlar mənə onları gizlətməməyimi istədiklərini hiss etdirdilər. Ağ saçlarım mənə rəhmətlik atamın mirasıdır”.

İradə İbrahimova:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər