Qohumları hələ reanimasiyada olan müğənninin mirasına görə dava edir

Qohumları hələ reanimasiyada olan müğənninin mirasına görə dava edir
Şou-biznes 402

Oktyabrın 15-də ürəyi dayanaraq xəstəxanaya yerləşdirilən müğənni Fatih Üreklə bağlı yeni xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin reanimasiyada olduğu halda indidən qohumlarının miras üstündə dava etməyə başladığı bildirilib.

Bu barədə müğənni və aparıcı Nihat Doğan məlumat yayıb.

O qeyd edib ki, Fatihin ən yaxın dostu Ayşe Kazancı onun evinə gedərək qızıllarını bir-bir videoya çəkib və öz evinə apararaq orada saxlayır.

Buna səbəb Fatihin qohumlarının evinə girərək oğurluq etmək istəməsi olub.

Yayılan xəbərlərdən sonra Fatihin meneceri Mert Siliv açıqlama yayaraq onun belə xəbərlərlə gündəmə gəlməsini istəmədiyini deyib:

"Fatih son zamanlar miras davaları, borc iddiaları və arıqlamaq üçün dərmanlarından istifadə etdiyi xəbərlərlə gündəmə gəlir. Bu cür xəbərlərin yayılmamasını xahiş edirik. Əgər siz Fatih Ürekin yerində olsaydınız, bu cür çirkin xəbərlərlə əlaqələndirilmək istəməzdiniz. Fatih Ürekin səhhəti ilə bağlı məlumatları yalnız mən, xəstəxana rəsmiləri və vəkili Volkan Alkılıç ictimaiyyətə çatdırır. Yeni hadisələr olmadığı təqdirdə heç bir açıqlama verə bilmərik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiat...

409 Şou-biznes 23:59 12 sentyabr 2026

Son xəbərlər