Qış üçün pomidorları belə bağlayın - Əla resept
Tərkibində duz olmayan pomidor şirəsi faydalıdır. Buna görə qışda da yaydakı kimi pomidordan istifadə etmək lazımdır. Onu qışa hazırlamaq göründüyü qədər çətin deyil.
BAKU.WS lent.az-a istinadən bildirir ki, pomidorları qış üçün bağlamaq həm də xarab olmağa başlayan pomidorları emal etmək üçün əla bir yoldur. Bunun üçün sadə resepti sizə təqdim edirik:
1. Əvvəlcə təmiz pomidorları ətçəkən maşından keçirmək və ya blenderdə əzmək lazımdır. Bundan əvvəl isə onların sapını kəsmək məsləhətdir.
2. Toxumdan və qabığından xilas olmaq üçün pomidor püresini ələkdən keçirin. Nəticədə çirkli olmayan pomidor suyu alırıq.
3. Daha sonra dadlı olması üçün ədviyyatlar əlavə edin. Adi qara bibərdən sarımsaq, reyhan yarpaqları və zəncəfil kökünə qədər istədiyiniz çeşiddən istifadə edə bilərsiniz.
4. Şirəsi olan qabı sobaya qoyun, qaynadək gözləyin və 10 dəqiqə bişirin.
5. Alınan pomidor şirəsini sterilizasiya olunmuş bankalara tökün və bağlayın. Bankalar soyuduqdan sonra onları saxlama üçün kənara qoyuruq.
Oxşar xəbərlər
İftar süfrəsi üçün reseptlər
BAKU.WS axşam.az-a istinadən "İftar menyusu" təqdim edir: Mərciməkli göbələk şorbası Ərzaqlar:2 qaşıq kərə yağı500 qram göbələyi1/2 soğan2 diş sarımsaq1/2 çay s...