Qədir Qızılsəs: “Məni toyda zəhərlədilər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Qədir Qızılsəs olub.
Müğənni ona ziyan verən insanların çoxluğundan danışıb:
“Mənə daim zərbə vururlar. Elə bir insanam ki, kiminsə qəlbinə dəyəcək nəsə etmərəm. Amma bilmirəm niyə belədir! Allah insandan üz döndərməsin. Deyirəm ki, nə vaxt olsa başa düşərlər, Allah onların canını sağ etsin”.
Daha sonra verilişin aparıcısı Nazilə Səfərli müğənnilərin özlərini qorumaq üçün istifadə etdiyi metodlardan danışıb. Məsələn, Nazpəri Dostəliyevanın illərdir bütün tədbirlərə gedərkən özü ilə termosda çay apardığını qeyd edib.
Qədir Qızılsəs də bu metoddan istifadə etdiyini deyib:
“Mən də termosla toya gedirəm. Özü də elə cəmiyyətin çox olduğu yerdə insana zərər vururlar. Məni də toyda zəhərlədilər”.
Oxşar xəbərlər
Bahar Lətifqızı toy biznesindən danışdı: “Toy sahibi neçəyə getdiyimi soruşanda...” – VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı ifaçı Bahar Lətifqızı olub. Müğənni bəzi sənət yoldaşlarının onun toy biznesinə mane olduğunu deyib: “Bakıda...