Qaxa ilk qar yağıb - FOTO

Qaxa ilk qar yağıb - FOTO
Foto
Şou-biznes 339

Dünən axşamdan etibarən şimal-qərb bölgəsinə yağış, sulu qar və daha sonra isə qar yağıb.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, qar rayonun dağlıq kəndlərini ağ örpəyə bürüyüb.

Axşamdan başlayan yağıntı hələ də davam edir. Qar əsasən rayonun ucqarında yerləşən Sarıbaş, İlisu, Ağçay və Qaşqaçay kəndlərinə yağıb. Nəticədə dağlıq kənd yolları qarla örtülüb.

Səhər saatlarından etibarən Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu yollarında avtomobillərin daha intensiv hərəkət etdiyi nəzərə alınaraq texnikalar vasitəsilə yolun hərəkət hissəsi qardan təmizlənib.

Qeyd edək ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndində qarlı-şaxtalı günlər təqribən 6 ay davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var.Ekologiya və Təbii...

8 Şou-biznes 14:00 14 yanvar 2018

Son xəbərlər