Qalib olub evlənmək istəyən meyxanaçı xəstəxanalıq oldu
ATV-də yayımlana "Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, o təcili olaraq xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.
Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Yaxınlarının bildirdiyinə görə, Vüqar Qobulunun müalicəsi davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi: "Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım". Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə" meyxana yarışında bu həftə Şəhriyar Hacıyev və Vüqar İmamcanov qarşı-qarşıya gələcəklər.
Oxşar xəbərlər
Yeni il gecəsi 3500 AZN-dən 35000 AZN-ə qədər qonorar qazanacaq məşhurlar
Azərbaycanlı müğənnilərin Yeni il gecəsi qonorarları açıqlanıb. BAKU.WS xəbər verir ki, siyahıda ən çox qonorar 35 000 AZN, ən az qonorar isə 3500 AZN qeyd edi...