Poroşenko Camalaya “Xalq artisti” adı verdi
Ukraynanın "Eurovision-2016” təmsilçisi Camala (Susanna Camaladinova) prezident Petro Poroşenko tərəfindən mükafatlandırılıb.
"Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Camalaya "Ukraynanın xalq artisti” titulu verilib.
"Bu, fantastik qələbədir. Sən insanların böyük əksəriyyətini xoşbəxt etdin”, - deyə prezident Camalanı təltif edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
P. Poroşenko Xarici İşlər Nazirliyinə Camalanın YUNİSEF-in (BMT-nin Uşaq Fondu) xoşməramlı səfiri təyin olunması ilə bağlı da tapşırıq verib.
Qeyd edək ki, Camala "1944” adlı mahnısı ilə 534 səslə "Eurovision” müsabiqəsində ilk yerdə qərarlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Camalanın ermənilərlə bağlı müsahibəsi - Yalan çıxdı
"Eurovision – 2016” mahnı müsabiqəsinin qalibi Camalanın ermənilərlə bağlı verdiyi son müsahibə müzakirələrə səbəb olub. BAKU.WS "Qafqazinfo”-ya istinadən məlu...