Polad Bülbüloğlunun 13 yaşlı oğlu beynəlxalq festivalda dirijorluq edəcək
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Novosibirskdə beynəlxalq incəsənət festivalında dirijorluq edəcək.
BAKU.WS-in məlumatına görə, orkestrlə dirijorluq etmək səfirin oğlu Murtuzaya həvalə edilib. Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında söyləyib.
"Bizim ənənəvi proqramımızda "Deti-Detyam"ı Polad Bülbüloğlunun oğlu ifa edəcək. Onun 13 yaşı var və o, çox yaxşı dirijorluq edir. Biz onu bu konsertə dəvət etdik ki, o bir əsərə dirijorluq etsin. Atası da bu haqda eşidib və öz oğulunu dəstəkləmək üçün konsertə gələcək. O, mahnı oxumağa söz verib.
III Transsibir art-festivalı Novosibirskdə 24 apreldə baş tutacaq. Bundan əvvəlki festival 2015-ci ilin yazında baş tutub. Festival çərçivəsində 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakıyla 15 konsert olub. Novosibirskdə festival proqramlarında 200-dən çox artist hamı iştirak edib və 15 mindən çox tamaşaçı konsertləri izləyib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Aynişan Quliyeva "O ses Türkiye"də (VİDEO)
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə” yarışmasına qatılıb. BAKU.WS məlumat verir ki, Aynişan xalq artisti Polad Bülbüloğlunu...