Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
26
avq
2026
14:49
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib.
BAKU.WS "Qafqazinfo"-ya istinadən xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib.
Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib.
Qeyd edək ki, ötən gün 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb.
Oxşar xəbərlər
Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır"
"Mən gəldim və bu janrı partlatdım. Bu gün oxuyan qızların hamısı mənim oxuduğum janrdan başlayırlar". BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı İbrahim Azərin...