Peskovun qızı hicaba büründü (FOTO)

Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Elizaveta Peskova səfər etdiyi Çeçenistanda hicaba bürünüb.
BAKU.WS-in məlumatına görə, Elizaveta Peskova "Terek” futbol klubunun adının dəyişdirilərək "Əhməd" adlandırılması münasibəti ilə keçirilən tədbirə dövlət başçısı Ramzan Kadırovun dəvətlisi kimi qatılıb.
Səfərin ilk günü Türkiyə heyranlığını tez-tez gündəmə gətirən Liza paytaxt Qroznıda inşa edilən və ən böyük məscidlərdən biri hesab edilən "Serdça Çeçni"də olub. Yerli adətlərə riayət edən Peskovun qızı məsciddə uzun geyim geyinib və baş örtüyü taxıb. Onun üçün bu geyimləri isə Kadırovun qohumları təqdim edib.
İman
BAKU.WS



Oxşar xəbərlər
Ramzan Kadırovun qızı geyimlərini nümayiş etdirdi (VİDEO)
Rusiya Federasiyası, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun qızı Ayşat Kadırova ilk geyim kolleksiyasını təqdim edib. BAKU.WS xəbər verir ki, p...
