Pərvin Abıyeva: "Qardaşım həkim məsuliyyətsizliyindən ölüb" - VİDEO

Pərvin Abıyeva: Qardaşım həkim məsuliyyətsizliyindən ölüb - VİDEO
Video
Şou-biznes 910

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Özəl” proqramına qonaq olan aktrisa illər öncə qardaşının vəfat etdiyini bildirib. Abıyeva onun həkim səhlənkarlığının qurbanı olduğunu açıqlayıb:

“İlk dəfədir ki, bu haqda açıqlama verəcəm. Məndən böyük bir bacım, özümdən kiçik isə qardaşım var. Mənim bir qardaşım da olub. O, bacımdan əvvəl dünyaya gəlib. Qardaşım həkim məsuliyyətsizliyinin qurbanı olub və dünyasını dəyişib. Həkim ona yalnışlıqla başqa iynə vurub.

Anam həmişə deyirdi ki, o qardaşıma çox oxşayıram. Bəlkə də, məndə onu tapırdı. Çünki anam məni oğlan kimi böyüdüb. Saçımı da özü kəsirdi”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər