Özgecanın qatilinin ölüm xəbəri yayıldı

Özgecanın qatilinin ölüm xəbəri yayıldı
Şou-biznes 2344

 

20 yaşlı Özgecan Aslan adlı türk tələbə qızı zorlayaraq öldürən Ahmet Suphi Altındökənin ölüm xəbəri yayılıb.

BAKU.WS məlumat verir ki, qatilin bu gün səhər saatlarında həbsxanada öldüyü deyilir. Ahmet Suphi Altındökənin ölümünün səbəbləri hələ dəqiqləşməyib.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Özgecanın qatilinin öldüyü haqda xəbərlər yayılmışdı. Lakin sonradan iddialar təkzib edilmişdi. 

Xatırladaq ki, Özgecan Aslan ötən il fevral ayında mindiyi avtobusun sürücü və sürücünün yaxınları tərəfindən zorlanaraq öldürülmüşdü. Qatillər tələbə qızı öldürdükdən sonra cəsədini yandırılmışdı. Bu cinayət təkcə Türkiyədə deyil bir çox ölkələrdə əks-səda doğurdu. Məhkəmə qərarı ilə gənc qızın qatillərindən biri 27, digəri isə 24 il müddətinə azadlıqdan məhrum edildi. 

BAKU.WS

Oxşar xəbərlər

Tələbə qızı universitetin yataqxanasında kütləvi şəkildə zorladılar

Tələbə qızı universitetin yataqxanasında kütləvi şəkildə zorladılar

ABŞ-ın Vanderbilt universitetində kütləvi zorlama hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, yerli mətbuatın xəbərinə görə, hadisə universditetin yataqxan...

1680 Hadisə 14:17 20 fevral 2016

Son xəbərlər