Özcan Denizin oğlu ilə bağlı paylaşımı hər kəsi kövrəltdi - FOTO

Özcan Denizin oğlu ilə bağlı paylaşımı hər kəsi kövrəltdi - FOTO
Foto
Şou-biznes 366

Məşhur müğənni Özcan Dəniz sosial şəbəkə paylaşımı ilə hər kəsi kövrəldib.

BAKU.WS xəbər verir ki, aktyor oğlu Kuzeyin ad günündə keçmiş həyat yoldaşı Feyza Aktanın onu görməyə icazə vermədiyini bildirib.

Özcan instaqram hesabında ötən il də eyni hadisənin baş verdiyini bildirib və bununla bağlı təsirli status paylaşıb:

"Neçə atalar günümüz, uşaqlar günümüz, bayramımız və neçə doğum günümüz qətl edildi. Hamısı dəftərimdə yazılıb. Səssizliyimi və çarəsizliyimi sona qədər məndən aldılar. Sənin tək günahın mənim oğlum olmağındır. Bir kasıbın oğlu olsaydın, çoxdan səni qapıma qoyub, izlərini itirmişdilər. Normal şəraitdə 5 metr belə mənə yaxınlaşa bilməyən insanlara bu cəsarəti mən verdim".

İfaçının oğluna ünvanladığı bu sözləri hər kəsə təsirli anlar yaşadıb.

Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı Feyza Aktanla qalmaqallı şəkildə boşanıb. Aktan Özcanın ona şiddət tətbiq etdiyini iddia edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər