Özcan Denizi ölüm təhdidlərinə məruz qoyan səs yazıları ortaya çıxdı

Özcan Denizi ölüm təhdidlərinə məruz qoyan səs yazıları ortaya çıxdı
Şou-biznes 217

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz qardaşı Ercan Deniz tərəfindən ölüm təhdidləri aldığını iddia edərək onu məhkəməyə verib.

BAKU.WS xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğuna təqdim edilən şikayət ərizəsində maliyyə maxinasiyaları və təhdidlərə dair səs yazılarının olduğu bildirilib.

Özcan Deniz və bacısı Melek Kasap, böyük qardaşları Ercan Denizi maliyyə fırıldaqları, şantaj və ölüm təhdidləri ilə günahlandırıblar. 22 il ərzində müğənninin meneceri olmuş Ercan Deniz, iddiaya görə, həm sənətçinin, həm də ailəsinin təhlükəsizliyini təhdid edib.

Sənətçi və meneceri arasında münasibətlər maliyyə məsələləri ilə bağlı yaranan böhran səbəbilə pozulub. İddialara görə, Ercan Deniz şirkət üzərində tam nəzarəti əlində saxlayaraq Özcan Denizin qazancına dair şəffaf hesabat təqdim etməyib. Bununla yanaşı, o, sənətçinin qazancını gizlətməkdə və müxtəlif maliyyə maxinasiyalarında ittiham olunur.

Qeyd edək ki, təqdim olunan səs yazılarında təhdidlərin açıq-aşkar ifadə edildiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

372 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər