Oxu.az-ı Rusiyadan izləyənlərin NƏZƏRİNƏ!
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündür ki, Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.
Belə ki, qərar “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.
Söz azadlığına zidd hesab olunan bu addım Rusiya ərazisindən Oxu.Az-ı izləyənləri dəqiqləşdirilmiş, qərəzsiz məlumatlardan məhrum edib.
Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az Rusiyadakı oxucularını dünyada baş verən hadisələrlə məlumatlandırmaq üçün onları aşağıdakı linklərdən istifadə etməyə çağırır:
Proqramı “Play market”dən və ya “App Store”dən yükləyərək Oxu.Az-a daxil olmaq üçün: TURBO VPN
“Google”dan birbaşa daxil olmaq üçün: https://jahproxy.pro/
Xatırladaq ki, Oxu.Az iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan, verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar.
Sayt olaraq həm “Roskomnadzor”un, həm də Rusiyanın Azərbaycandakı Səfirliyinin məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsini istəyirik.
Ən azından, yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat vermələrini tələb edirik. İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq.
Oxşar xəbərlər
Bu VPN proqramlarını istifadə etmiş şəxslərə pis xəbər - VİDEO
Rusiyanın "Kommersant" nəşrinin yaydığı məlumata görə, pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb. BAKU.WS Xəzər TV-yə...