Omba və onurğa sümüyü sınan müğənninin xəstəxanadan fotosu yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Evində yıxılaraq omba və onurğa sümüyü sınan müğənni Deniz Sekinin müalicəsi davam edir.
BAKU.WS xəbər verir ki, sənətçinin xəstəxanadan fotosu yayılıb. O sosial mediada fotosunu paylaşaraq yaxşı olduğunu qeyd edib:
"Vəziyyətim çox yaxşıdır. Müalicəm xəstəxanada davam edir və fizioterapiyaya da başlamışam. Zehni olaraq mümkün qədər pozitiv qalmağa və gözəl fikirlər düşünməyə çalışıram".
O pərəstişkarlarından dua istəyərək tez zamanda ayağa qalxmağı arzu etdiyini deyib:
"Sizdən yalnız bir xahişim var: xahiş edirəm dualarınızı məndən əsirgəməyin. Ən qısa müddətdə tam sağalıb ayağa qalxmaq və sizinlə yenidən görüşmək üçün xoş arzularınızı və dualarınızı gözləyirəm".
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...