Ölkədə havanın temperaturu aşağı düşəcək
23
may
2018
14:01
Ölkə ərazisində havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.Mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan MR-nın və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən hava XƏBƏRDARLIĞI - Şimşək çaxacaq, yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tr...