Nüşabə Ələsgərli: "Xəstəliyim var deyə arıqlayıram" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.
İlk olaraq əməkdar artist xəstəlikdən əziyyət çəkdiyini deyib:
“Xəstəliyimlə bağlı arıqlayıram. Xəstəlik deyəndə pis xəstəliklər başa düşülməsin. Zobum var deyə udmağımda problem var. Pəhriz saxlamıram”.
Sənətçi daha sonra qızını köçürəcəyi ailədən danışıb:
“Qızımın 22 yaşı var. Nə qədər savad da alsa, 22 yaşı var. Avropaya gedir, nə yeyəcək, nə içəcək... Guya bu, ailəyə baxacaq. Gülməyim gəlir ki, bu hələ uşaqdır. Sonra fikirləşirəm ki, uşaq deməklə deyil, getsin, bərkdən, boşdan çıxsın. Bəs nə vaxt ailə olacaq?
Oğlanın evi ayrıdır. Amma qayınanası və qayınatası var. Mən qayınanasına demişəm ki, nəzarətin onların üzərində olsun. Kürəkənim çox mədəni və kübardır”.
Oxşar xəbərlər
Qızına təmtəraqlı nişan edən Nüşabə Ələsgərli kürəkəni ilə bağlı həqiqəti açdı - FOTO
Bu yaxınlarda qızını nişanlayan Əməkdar artist Nüşabə Ələsgərli kürəkəni haqqında danışıb. BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "5-də5" proqramının aparıcısı Z...