Nura Suri: "Həyat yoldaşımdan qalan 4 evi satmışam" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Həyat yoldaşımdan qalan 4 evi satmışam. Mənzilimin biri 23 nömrəli məktəblə üz-üzə idi. Bir binanın üçüncü mərtəbəsinin hamısı mənim idi. Ortancıl oğlum doğulanda onun üçün almışdıq. Sonra mərkəzi yerdə olan başqa evimi də satdım".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. "Söz baz" verilişinə dəvət olunan sənətçi şəxsi həyatından danışıb. Suri ilk həyat yoldaşından ona 4 ev qaldığını və onları satdığını bildirib. İfaçı keçmiş həyat yoldaşının atasının dünyaca məşhur, imkanlı şəxs olduğunu, hazırda isə övladlarını maddi cəhətdən təmin etdiyini deyib:
"Uşaqların atası imkanlıdır. Babaları dünyaca tanınmış məşhur insandır. İndi Amerikada onlara dəstək olur. Mən onları Amerikaya oxumağa göndərəndən, hər şey edəndən sonra o da onlara nəsə edir".
Oxşar xəbərlər
Evini, avtomobilini, qızılını satan azərbaycanlı məşhurlar - FOTO
Uzun müddətdir davam edən koronavirus pandemiyası bir çox sahələrin fəaliyyətinə mənfi təsir etdi. Sənət aləmindən də yan keçməyən pandemiya müğənnilərin toy ba...