Nəsrin Cavadzadə "İnstaqram"a qayıtdı
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "İnstagram" bloqunun hakerlər tərəfindən dağıdılması ilə bağlı Türkiyə mətbuatına açıqlama verib.
BAKU.WS xəbər verir ki, Nyu-Yorkda olarkən polislərlə şəkil çəkdirən aktrisanın bu hərərkəti tənqidə səbəb olub.
N.Cavadzadə baş verənlərdən təəssüfləndiyini deyib:
"Düzü, baş verənlərə görə çox təəccübləndim. "İnstagram” bloqumun hakerlər tərəfindən dağıdıldığını həmin an bilmədim. Çünki hər dəqiqə "Instagram"a baxmıram. Çoxları yazdı ki, Nəsrin hesabını bağladı. Axı mən kimdən və nədən qaçım? Pis bir iş görməmişəm ki?! Bir fotoya görə insana qiymət verib, yerə vurmaq olduqca qorxulu bir hərəkətdir. Mən heç vaxt belə şeylərə görə sosial şəbəkədən getmərəm. Niyə kimdən qaçım ki? Pis bir şey etməmişəm ki. Bu sadəcə turist fotosu idi”.
Qeyd edək ki, dünəndən Nəsrin "İnstaqram"a qayıdıb.
BAKU.WS
Oxşar xəbərlər
Qalmaqallı fotosuna görə azərbaycanlı aktrisanın Instagramı xakerlər tərəfindən oğurlandı
ABŞ-da istirahət edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto əks-səda doğurub. BAKU.WS məlumat verir ki, aktrisanın söz...