Azərbaycanlı aktrisa qalmaqallı fotosuna görə Instagramını bağladı (FOTO)
ABŞ-da istirahət edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto əks-səda doğurub.
BAKU.WS məlumat verir ki, aktrisanın sözügedən fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib. Instagram izləyiciləri fotoya "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" şərhini yazıblar.
İzləyicilərin onun ünvanına yadığı sərt sözlərdən əsəbiləşən aktrisa cavabında bunları yazıb:
"Dərin deyilsən, intellektual deyilsən, sənətçi deyilsən, tənqidçi deyilsən, şair də deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarıma fikir bildirəndə..."
Bu gün isə Nəsrin Instaqram hesabını bağlayıb. Aktrisanın Instagramı izləyicilərin tənqidi sözlərindən təngə gəlib bağladığı ehtimal edilir.
Qeyd edək ki, N.Cavadzadə Türkiyədə yaşayıb, fəaliyyət göstərir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı aktrisanın çox qalmaqala səbəb olacaq FOTOsu
ABŞ-da istirahətdə olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni fotosu ilə qalmaqala səbəb olub. BAKU.WS-in məlumatına görə, aktrisa Nyu-Yorkda üç polislə...