Nəsiminin dərisi necə soyulub? - 300 illik nadir FOTO

Nəsiminin dərisi necə soyulub? - 300 illik nadir FOTO
Şou-biznes 6317
İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-cü illərə aiddir, Mərkəzi Asiyada tapılıb. Təsviri 2009-cu ildə elmə təqdim edən şəxs – ilk alman nəsimişünası, türkologiya professoru Maykl Reinxard Hessdir.Bu sözləri yazıçı, filosof Ağalar Qut sosial şəbəkədə qeyd edib.O, Nəsiminin nadir təsvirinin fotosunu paylaşaraq, onun edamı haqda maraqlı fikirlər yazıb:"Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək hətta orta əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meyilinin qabağını almaq istəyiblər. Hessə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soyublar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır”. (Kult.az)BAKU.WS

Oxşar xəbərlər

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan etdikdən sonra dahi şair İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının...

1623 Şou-biznes 13:53 19 yanvar 2019

Son xəbərlər