Səddam Hüseynin edamdan öncə dediyi son sözlər açıqlandı
İraqın keçmiş Milli Təhlükəsizlik müşaviri Mofak Ruba, 10 il əvvəl Səddam Hüseynin edama aparılarkən heç bir peşmançılıq duymadığını bildirib.
Anadolu agentliyinin məlumatına görə, Ruba açıqlamasında Səddam Hüseynin 2006-cı ilin Qurban bayramı ərəfəsində edam edildiyini xatırladaraq deyib: "Səddamın edamı, onun Amerika qüvvələri tərəfindən İraq hökumətinə təhvil verilməsindən sonra baş verdi. İraq rəsmiləri edam qərarını dərhal həyata keçirdilər. Bu da çoxlarında heyrət doğurdu”.
"Səddamı qapıda qarşıladım. Bizimlə bərabər içəri heç kim girmədi. Pencək və ağ köynək geyən Səddam çox normal idı, təşvişə düşməmişdi və üzündə heç bir qorxu əlaməti hiss olunmurdu. Səddamı edam qərarının oxunması üçün hakimin otağına apardım. Qərarı eşidəndə "Amerikaya ölüm", "İsrailə ölüm", "Farsı mecusilərə ölüm" və "Yaşasın Fələstin" şüarlarını səsləndirdi”, - deyə Mofak Ruba bildirib.
Səddamın edam edilməsini səhv addım adlandıran Ruba bildirib ki, o, ayaqları bir-birinə bağlı olduğundan edam kürsüsünə qalxmaqda çətinlik çəkirdi. Bu halda onu mən və yanımdakılar yuxarı qaldırmaq məcburiyyətində qaldıq. (azertag)
BAKU.WS
Oxşar xəbərlər
İŞİD məhbusları qurbanlıq qoyun kimi edam etdi (VİDEO)
İŞİD terror təşkilatı bu günə qədər yayımlanan ən qorxunc edam videosu ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, Qurban bayramı üçün hazırlanan videoda İŞİD-i...