Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19
yan
2019
13:53
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan etdikdən sonra dahi şair İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir. Bu məsələ, sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır. Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Bəzi iddialara görə, Nəsimin məzarı dağıdılıb. Lakin əldə etdiyimiz fotolardan görünür ki, məzar zədə alsa da, dağıdılmayıb. BAKU.WS xəbər verir ki, modern.az Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından ən son görüntüləri əldə edib.Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Cahana sığmayan şairin qərib məzarı" adlı məqaləsində böyük şairdən bəhs edib.Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır.Nəsiminin Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik:BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bunu Nazirlər Kabinetini...