Niyam Salami: "Ailə məsuliyyəti mənlik deyil"

Niyam Salami: Ailə məsuliyyəti mənlik deyil
Şou-biznes 444

"Savadım olmayıb, məktəbdə 3 almışam, günüm "hır-hır"la, oğurluqla keçib".

BAKU.WS-in məlumatına görə, bu sözləri müğənni Niyam Salami "Ulduzun vaxtı" proqramında deyib. Müğənni boşanmalardan bəhs edib: "İstər qız, istər oğlan - nə qədər səhv etdin, canından, övladından çıxacaq. Əgər sən pislik etməmisənsə, şükür et ki, ayrılırsan. Qadının hissiyyatı, tələbləri var. Qadın elə-belə varlıq deyil, böyük qüvvə, yük və məsuliyyətdir. Onu daşımayan kişi zəifliyini göstərir. Qadın qonşu üçün yaşamır. Fikirləşməyin ki, ayrılsam, mənə nəsə deyərlər. Qadınsan, Allahın yanında düzsənsə, sənə ər əzab verirsə, boşanmaq lazımdır".

İfaçı bildirib ki, özü də evli olub ayrılıb. "Gördüm, ailə məsuliyyəti mənlik deyil. Göstəriş üçün toy edim, uşağımı "İnstagram"da göstərim? Yox, düzgün həyat yaşamaq istəyirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər