Nigar Şabanova Qazaxda zabit qardaşların toyunda - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda hərbçi əkiz qardaşlar əkiz bacılarla evləniblər.
BAKU.WS xəbər verir ki, bununla bağlı Əməkdar artist Nigar Şabanova şəxsi instaqram hesabında bildirib.
O, Qazax rayonunda baş tutan toydan görüntülər yayımlayıb. Qardaşların şad günündə iştirak edən sənətçi Qabil və Qalib adlı əkizlərin eyni gündə evləndiyini bildirib.
"Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar, Allah sizi əkiz övladla sevindirsin", - deyə Nigar sosial şəbəkə hesabında qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların sosial şəbəkə qazancları: 3 MİN - 61 MİN AZN - SİYAHI - FOTO
Yerli sənət aləmindəki məşhurların, əsasən də müğənnilərin gəlir mənbəyi toylardır. Onlar qazancının xeyli hissəsini təmtəraqlı məclislərdə, o cümlədən şou-proq...