Nigar Camalın Şahdağ istirahəti: "Ay Allah, bu qarı sevən varmı?" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əvvəlki illərdən fərqli olaraq bu il bəzi məşhurlar Yeni ili bölgələrimizdə qarşıladı. Onlar arasında Əməkdar artist Ədalət Şükürov, müğənni Nura Suri və Avroviziya qaliblərimizdən olan Nigar Camal yer alıb.
BAKU.WS xəbər verir ki, sənətçilər Azərbaycanın qış turizm mərkəzlərindən olan Şahdağa yollanıblar. Orada lentə laınan görüntüləri sosial şəbəkələrdə yayımlayıblar.
Ən çox müzakirələrə səbəb olan video isə müğənni Nigar Camalın qarda çəkilən görüntüləridir.
Sənətçi şəkil lentə aldırarkən alınmayan kadrları video formasında instaqram izləyiciləri ilə bölüşüb. Camal görüntülərə bu şərhi də əlavə edib:
"Ay Allah, bu qarı sevən varmı? Adam balası kimi şəkil çəkdirmək istəyəndə aldığım nəticə..."
Nigarın bu videosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onun paylaşımına minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.
Oxşar xəbərlər
Məşhurların həftəsonu istirahəti - FOTO
Tanınmış şou-biznes nümayəndələri sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkiblər. BAKU.WS xəbər verir ki, onlar şəxsi “Instagram” hesablarında həftəsonu ist...