Nigar Camaldan etiraf: "Özümü apara bilmirdim..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nigar Camal orta məktəb illərindən danışıb.
BAKU.WS xəbər verir ki, “Özəl” proqramına qatılan ifaçı həmin dövrdə iki təhsil müəssisəsində oxuduğunu bildirib:
"İki orta məktəbdə təhsil almışam. Onlardan biri Bayılda yerləşən "203" nömrəli, digəri isə Azneftdəki "6" nömrəli məktəbdir. Təhsil aldığım müddətdə dərslərimi çox yaxşı oxuyurdum. Əlaçı idim. Ona görə də Sovet vaxtı bizi Krımda düşərgəyə göndərirdilər. Onlar arasında mən də var idim. Həmin vaxt 11 yaşında idim.
Dərsdən qaçdığım vaxtlar çox olub. Qiymətlərim "4" və "5" idi. Lakin məktəbdən qaçanda, özümü apara bilmirdim deyə müəllimlərim "2" yazmışdılar”.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...