Nigar Camal milyon yarıma bədən üzvünü sığortaladı

Nigar Camal milyon yarıma bədən üzvünü sığortaladı
Şou-biznes 7087

Londonda yaşayır, buna görə Bakıda az-az olur. Dediyinə görə, Azərbaycana dəvət aldığı tədbirlərə qatılmaq, bir də doğmalarına baş çəkmək üçün gəlir. Bu dəfə də kino təqdimatlarının birinə qatılmaq üçün Bakıya təşrif buyurub. Biz də fürsəti fövtə vermədik, cazibədar müğənnini söhbətə çəkdik.

BAKU.WS yeniçağ.az-a istinadən Nigar Camalın müsahibəsini təqdim edir:

- Nigar son vaxtlar Bakıda az-az görünürsən, niyə?

- Bakıya doğmalarımın yanına gəlib-gedirəm, amma vaxtımın çoxu İngiltərədə keçir. Bunun da səbəbkarı qızlarımdır. Çünki ana kimi onların yanında daha çox olmalıyam. Bu saat məni qızlarımın təhsili və gələcəkləri çox düşündürür.

- Müsahibələrinin birində demişdin ki, qızların ingilis dilində danışır, nə əcəb doğma dilini öyrənməyiblər?

- Bu, aldıqları təhsilə görədir. Amma Azərbaycan dilində çətinliklə də olsa danışırlar.

- Gənc, yaraşıqlı xanımsan. Yenidən ailə qurmaq barədə düşünürsən?

- Açığı, ikinci dəfə ailə qurmaq, hələ ki, planımda yoxdur. Mənim üçün önəmli olan qızlarımdır. Yəni ana olmaq səadəti mənə daha çox zövq verir.

- Sevgidə əks cinsin hansı xüsusiyyəti sənin üçün daha önəmlidir?

- İlk növbədə, kişi sevdiyi qadına hörmət və diqqət göstərməlidir. Bu iki xüsusiyyət mütləq olmalıdır. Hörmət olmayan yerdə heç sevginin də dəyəri olmaz.

- Qarderob sənin üçün çoxmu önəmlidir?

- Dəhşət dərəcədə. Geyim həyatımın bir hissəsidir.

- Nigar Camalın qarderobu başqalarından daha çox nəylə fərqlənir?

- Qarderobumda boş yer yoxdur; yəqin ki, bununla.

- Əşyalarına qarşı sadiqsən?

- Yox. Kim nə istəyirsə, bağışlayıram.

- Bir ara sosial şəbəkədə maraqlı rəqslərinlə diqqət çəkdin. Bu işlə peşəkar səviyyədə məşğul olursan?

- Öyrənmək üçün bir-iki müəllim yanına getdim. Amma daha çox özüm rəqs etməyi sevirəm.

- Sosial şəbəkədə də aktivsən. Daha çox nə yazırlar sənə?

- Xoş sözlər. Sevgilərini ifadə edirlər, mahnılarımı bəyəndiklərini yazırlar.

- Heç xətrinə dəyən söz olur?

- Olur.

- Cavab yazırsan?

- Yox, həmin adamları boş verirəm. Nə isə xoşum gəlməyəndə, silirəm və dərhal da "blok" edirəm (gülür).

- Çox pozitivsən. Sənin əsəbiləşməyini təsəvvür etmək çətindir...

- Yox, arada əsəbiləşirəm, amma uzaqbaşı beş dəqiqə çəkir. Sonra yenə həminki adam oluram. Gülürəm-danışıram.

- Ətrafındakı insanlarda ən çox hansı xüsusiyyəti dəyərləndirirsən?

- Səmimiyyəti. Belə insanları xoşlayıram və daha çox onlarla ünsiyyət qururam. Görəndə ki, səmimi deyil, həmin adamla söhbətə qoşulmuram. O da bunu hiss edir.

- Gözəlliyin üçün nə qədər pul xərcləyirsən?

- Həddən artıq çox...

- Məsələn?

- Lap cox...

- Pulu sevirsən?

- Mən pulu sevməkdən çox, xərcləməyi sevirəm.

- Daha çox nəyə pul xərcləyirsən?

- Şoppinqlərə.

- Nigar, filmə dəvət etsələr, ehtiras, sevişmə səhnəsinə çəkilərdin?

- Çəkilərdim, amma sevişmə səhnəsinə razılıq verməzdim.

- Niyə?

- Çünki xarakterim elədir ki, xoşum gəlməyən kişi mənə toxunanda əsəbiləşərəm. Yalnız sevdiyim insan toxunarsa, xoşum gələr. Filmdə hansısa aktyorla bu mümkün deyil.

- Kişilərdə nifrət etdiyin xüsusiyyət hansıdır?

- Bu saat onlar mənə maraqlı deyil.

- Dünya ulduzları kimi sən də bədəninin hansısa əzasını sığorta etdirərdin?

- Yox, hesab edirəm ki, bu, mənasız işdir. Bir dəfə 2011-ci ildə məşhur sığorta şirkətlərindən biri üzümü sığorta etmişdi. Çünki mən onların siması seçilmişdim.

- Neçəyə?

- Milyon yarıma.

BAKU.WS

Oxşar xəbərlər

Nigar Camalın geyimini ilk dəfə görənlər şoka düşdü - FOTO

Nigar Camalın geyimini ilk dəfə görənlər şoka düşdü - FOTO

Nizami Kino Mərkəzində "Bozbash pictures” komandası tərəfindən lentə alınan "Stalinin başı” filminin təqdimat mərasiminə qatılan məşhur müğənni Nigar Camal öz g...

38273 Şou-biznes 22:40 01 mart 2017

Son xəbərlər