Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır

Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
Şou-biznes 53

Məşhur aktrisa Nəsrin Cavadzadənin baş rolda çəkildiyi "Daha 17" serialının yayım günü bəlli olub.

BAKU.WS xəbər verir ki, ekran işinin ilk bölümü tamaşaçılara ilk dəfə mayın 31-də təqdim ediləcək.

Kanal D-nin "Daha 17" serialı böyük maraqla gözlənilir.

Bodrumun möhtəşəm təbiətində çəkilən, "Pastel Film" imzalı serialın rejissoru Emre Kabakuşakdır.

Layihənin yayım tarixi ötən ay üçün planlaşdırılsa da hazırda önə çəkilib. Prodüserliyini Yaşar İrvül və Efe İrvülün etdiyi serial 31 mayda nümayiş olunacaq.

Ekran işi güclü aktyor heyəti ilə diqqət çəkir. Rollarda Nəsrinlə yanaşı, Çağan Efe Ak, Ceren Ayruk, Armağan Oğuz, Ata Yaşat, Dilara Aksüyek, Çağdaş Onur Öztürk, Helin Elveren, Melis Babadağ, Bülent Cankorur, Ezgi Dalgıç, Berra Ahsen Uslu, Batuhan Mora, Efe Musa, Ahmet Can Özer və Güneş Hayat da çəkiliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər