Nəsrin Cavadzadədən şəxsi həyatı ilə bağlı AÇIQLAMA

Nəsrin Cavadzadədən şəxsi həyatı ilə bağlı AÇIQLAMA
Şou-biznes 392

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadədən xəbər var.

BAKU.WS xəbər verir ki, İstanbulun Bebek səmitində kameralara tuş gələn aktrisa jurnalistlərin suallarını cavablandırıb.

Nəsrin bir müddət əvvəl sevgilisi Gökhan Alkanla ayrıldığı iddialarına aydınlıq gətirib. O media əməkdaşının “Yenidən barışdınız” sualına belə cavab verib:

“Biz heç vaxt ayrılmadıq. Bizi uzun müddət birlikdə görmədiyiniz üçün siz belə qərar vermisiniz. Hazırda Gökhan Antakyadadır. O serial çəkilişində iştirak edir”.

Xatırladaq ki, bir müddət əvvəl “Yasak elma” serialında tanış olub eşq yaşamağa başlayan cütlüyün ayrıldığı deyilirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər