Nəsimi "mənəm-mənəm" deyən Kamranı "evə yola saldı"
Yeniliklərdən dərhal xəbərdar olun
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda 1/8 mərhələnin daha bir qalibi müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bədahətən dediyi rəvayətlərlə meyxana aləminə yenilik gətirən Kamran Quliyev, yarışmanın cavab görüşündə doğma meydanda həmkarı meyxana ustadı Nəsimi Allahverdiyevi qəbul edib.
Belə ki, söz ustadları ev tapşırıqları ilə yanaşı söz "davasına" da çıxıblar. Deyişmə zamanı daha üstün tərəf olan qonaq Nəsimi Allahverdiyev səsvermədə rəqibini üstələyərək 1/8 mərhələnin qalibi olub.
Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə" meyxana yarışında bu həftə 1/8 mərhələnin daha bir görüşü baş tutacaq. Meyxana ustadı Aydın Hüseynov doğma meydanda həmkarı Fariz Zeynalovu qəbul edəcək.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...