Nərgiz Məmmədova "Qız atası"ndan getdi - FOTO

Nərgiz Məmmədova Qız atasından getdi - FOTO
Şou-biznes 673

Aktrisa Nərgiz Məmmədova “Qız atası” serialından ayrılıb.

BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Aktrisa serial heyəti ilə foto paylaşaraq ekran işindən getdiyini təsdiqləyib.

“Nə az, nə çox düz, 8 il sizinlə çalışdım. Çəkişə-çəkişə bərkişib bir ailə olduq. Nə yaxşı ki, sizi tanıdım. Bu kollektivi bir araya gətirən isə Elməddin Cəfərov oldu. O bizə müdir yox, sözün əsl mənasında, dost oldu. Səbinə rolunu isə yeni sezondan sizə mənim dəyərli həmkarım Raksana İmir təqdim edəcək”, - deyə Məmmədova bildirib.

Nərgiz Məmmədova

Son xəbərlər