"İndiyə kimi bu cür erotik fotosessiya etdirməmişəm” - VİDEO

İndiyə kimi bu cür erotik fotosessiya etdirməmişəm” - VİDEO
Video
Şou-biznes 1529
"ARB Ulduz"un “Şou Məkan” verlişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.Müğənni yeni ifasının qısa zamanda fanatlarının ürəyinə yol tapmasından danışıb:“Bildiyim qədərilə mahnı cavanların çox xoşuna gəlib. Mənim də sevdiyim mahnılardan biridir. Musiqisi mənə aiddir, sözləri isə Anar İsmayılovundur. Aranjiman isə Eyyub Yahyayevə aiddir. Komanda olaraq çalışmışıq”.“Bu mahnının fotosessiyası həyat keçirildi. Elgün Zaman çox sağ olsun. Videoqraf Elvin Məmmədov da köməklik göstərdi.Təmənnasız olaraq, onlar mənə dəstək oldular”.İfaçı səs-küyə səbəb olan fotosessiyasından söz açıb:“Hamı mənə yazır ki, Elvin, evdə-eşikdə salamatçılıqdır? Boşanma söhbəti filan yoxdur ki? Deyirəm ki, niyə? Doğrudan da, mən indiyə kimi xanımlarla klip çəkdirmişəm, ancaq bu cür isti münasibətdə, romantik, erotik fotosessiya etdirməmişəm. Düzdür, burda erotikadan söhbət gedə bilməz. Ancaq romantik şəkillər var. Bu şəkillər çəkilməmişdən öncə öz ölümümə imza atmışdım".Elvin iş gördüyü insanlarla heç vaxt münasibət yaşamayacağını qeyd edib:“Mənim xarakterimdə yoxdur ki, iş gördüyüm insanla nələrsə yaşayım. Mən ailəmə bağlı bir insanam. Bunu mənim tamaşaçılarım da, ətrafımda olan insanlar da bilir. Mən nə qədər incəsənət nümayəndəsi olsam da, mənim bir ailəm var, mənim bir övladım var. Mən onlarla çox xoşbəxtəm. Elvin sabah lüt xanımlarla da şəkil çəkdirə bilər. Hər şey edə bilər, ancaq mənim ailəm ailədirMüğənni konsert vermək arzusunda olsa da, konsertinə gələcək kütlə ilə bağlı şübhələrinin olduğunu deyib:“Yaxşı musiqilərə istiqanlılıq yoxdur. Zövqsüz musiqilərə maraq var. Bu gün mən konsert versəm, bilmirəm ki, orda kütlə nə qədər olacaq. Çox güman ki, qohum-əqrabam, dost-tanışlarım ola bilər”.“Konsert olmalıdır. Konsert olmasa elə bil ki, sənin vizit kartın yoxdur. Nə qədər status, titul alırsan al, konsert olmasa, alınmaz”.Gənc ifaçı konsertlə bağlı idealarından danışıb:“1 saat və ya 2 saat konsert davam edir. Mən səhnədə tam hərəkətli olmaya bilərəm. Ancaq səhnədə aktyorlardan istifadə edə bilərəm. Oxuduğum mahnını onlar canlandıra bilərlər. Pantomim aktyorlarından istifadə edə bilərəm. Konsertdə rəsmlərdən, rəssamlardan da istifadə etmək olar”.“Məni belə bəyənirlər. Mən durduğum yerdə 180 dərəcə dəyişib, hansısa hərəkət etsəm, sevənlərim bəyənməz”.Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.BAKU.WS

Son xəbərlər