Nazirlikdən hava xəbərdarlığı: bu 3 gün diqqətli olun!

Nazirlikdən hava xəbərdarlığı: bu 3 gün diqqətli olun!
Şou-biznes 750

 

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 11-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah yaz havası olacaq

Sabah yaz havası olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 11-də bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim...

17 Şou-biznes 16:11 10 noyabr 2015

Son xəbərlər