Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
10
mar
2018
13:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti martın 11-nə olan hava prqnozunu açıqlayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.ETSN xəbərdarlıq edir ki, martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi martın 12-də arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.BAKU.WS
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - Güclü külək əsəcək, yağış yağacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata...