Natavandan Oqtay Əliyevə: "Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə"

Natavandan Oqtay Əliyevə: Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə
Şou-biznes 682

Müğənnilərin qonorarla efirə çıxmaq istəyi qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, sənətçi Xatirə İslamdan sonra Natavan Həbibi və repçi Elşad Xosenin də efirlərə qonorar tələb edərək çıxmaq istəyi birmənalı qarşılanmayıb.

"SOY" prodakşının rəhbəri Oqtay Əliyev sözügedən müğənniləri qonorarla efirə çağıran olmadığını bildirib.

Onun bu fikirləri Natavan Həbibinin qəzəbləndirib. O, sosial şəbəkə hesabında status yazaraq Oqtay Əliyevə qarşı ittihamlar irəli sürüb:

"Müğənnilərdən qazanan belə də deməlidir. Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə. Sənətimizi ən abırsız formada dünyaya tanıdanların də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər