Natavan Həbibi: “Hərtərəfli olmalıdır, insanlara hər şey maraqlıdır” - VİDEO

Natavan Həbibi: “Hərtərəfli olmalıdır, insanlara hər şey maraqlıdır” - VİDEO
Video
Şou-biznes 191

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Natavan Həbibi olub.

BAKU.WS xəbər verir ki, müğənni gündəmi alt-üst edən trend mövzusundan danışıb.

“Əsl peşəkarlar bunlara baxmadan düz yolu tapacaq və seçilmiş olacaq. Dünyada musiqiyə dəyər verən insanlar var və hər zaman da olacaq.

Ona görə də narahat deyiləm. Hərtərəfli olmalıdır ki, seçim olsun. Bir də görürsən ki, elə bir mahnı trenddə olur ki, mən mahnı çıxaranda o da trendə düşür.

Bu nə deməkdir? O deməkdir ki, bu gün insanlara hər şey maraqlıdır. Həm bu, həm də o müğənni maraqlıdır. Niyə də baxmasınlar? Hər insanın öz publikası olacaq.

Mənəm-mənəm deyənlərin sonlarını görürük. Ulduz xəstəliyini yaşayırlar və elə gözümüzün qabağında Allah bumeranq kimi bir hadisəni başına gətirir və sürətlə yerə düşür”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər