NASA üçün "Mələk beyni" yaradan azərbaycanlı gənc (VİDEO)
Azərbaycanlı gənc ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçəcək.
20 yaşlı Kənan Əhmədlinin üzərində işlədiyi ''Mələk beyni'' konsepsiyası NASA-da yüksək qiymətləndirilib. Növbəti ayın əvvəllərində, o, ABŞ-a yola düşəcək.
Süni intellekt insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir.
Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar da məhz bu prinsip əsasında yaradılacaq.
Hazırda robotlaşdırma dərsləri verən Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.
"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
ŞOK görüntü: Naməlum uçan obyekt Günəşin enerjisini sorur (VİDEO)
NASA-nın SOHO (Solar and Heliospherik Observatoriy) aparatı tərəfindən naməlum uçan obyektin Günəşin enerjisini sorduğu qeydə alınıb. SOHO-dan xüsusi olaraq Gü...