NASA-da işlədiyi deyilən azərbaycanlı qızın yalanı üzə çıxdı (FOTO)
19
okt
2018
11:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan KİV-də azərbaycanlı qızın NASA-da işləməsi ilə bağlı yazı dərc olunub. BAKU.WS-in məlumatına görə, yazıda Sevinc Məmmədova adlı xanımın NASA-dakı fəaliyyətindən söhbət açılır. Ancaq maraqlısı ondadır ki, sözügedən xanımın NASA-da işləməsi haqqında yazılanlar həqiqətə uyğun deyil. Belə ki, Sevinc Məmmədova adlı gənc xanım əslində olmayan qəhrəmandır.Saxta profil açan şəxs profilə Kosovadan olan Pranvera Hyseninin fotolarını yerləşdirib.
Kosovoda "Outreach Astronomiya" qurumunun təsisçisi və direktorudur. Xanım Priştina Universitetində - Təbiət Elmləri və Riyaziyyat Fakültəsində təhsil alır.
Sosial şəbəkədə bu profili istifadə edən şəxs KİV-ə müraciət edərək onun haqqında məlumatlar hazırlanmasını xahiş edir. Onun bu addımı hansı səbəbdən etdiyi məlum deyil. Saxta qəhrəmanın bu yolla məşhurluq qazanmaq arzusunda olduğu güman edilir. BAKU.WS
Oxşar xəbərlər
NASA Marsa helikopter göndərir – VİDEO
NASA tarixdə ilk dəfə olaraq Marsa 2020-ci ildə helikopter göndərməyi planlaşdırır.NASA-nın xüsusi hazırlanmış helikopterinin ölçüləri azaldılıb və ağırlığı 1.8...