20 yaşlı Kənan hamını aldadıb: NASA-dan açıqlama gəldi - Video
Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.
"Qafqazinfo" xəbər verir ki, Kənan AzərTac-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı "Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi.
Bu gün isə AzərTac sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb.
Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: "Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan təcrübəçi qəbul edə bilmərik”.
BAKU.WS
Oxşar xəbərlər
Noyabrda dünya qaranlığa qərq olacaq - NASA-dan ŞOK AÇIQLAMA
2016-cı ilin noyabrında Yer kürəsində 15 gün ardıcıl olaraq tam qaranlıq olacaq. Bu haqda ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bildirib. S...