Namiq: "Yerli kanallardan birinə 1 milyon pul ödədim" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aşıq Namiq Fərhadoğlu yeni açıqlamaları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “7 canlı” proqramına dəvət olunan Namiq sənətdən əvvəllər daha çox qazandığını, indi isə bu gəlirinin azaldığını deyib.
Aşıq bir zamanlar çalışdığı telekanala 1 milyon AZN vəsait ödədiyini də etiraf edib.
O bunu aparıcılığını etdiyi verilişin sponsoru olmadığı üçün edib:
“Olurdu ki, mən əvvəllər hər ay 10 min azn pul qazanırdım. Həmin gəlirimiz azalaraq 2 min azn olub. İndi pulumu sadəcə lazımi işlər üçün xərcləyirəm və bərəkəti də olur. Bir dəfə 54 min AZN pulumu mənimsədilər. Ziyana düşdüm. 15 yaşımdan Bakıdayam. Yaxşı da pullar qazanmışam. Binada bir mənzilim, bir maşınım, bir də 3 sot torpaq sahəsində 1 otaqlı evim var. Bir dəfə bir yerli kanallardan birinə 1 milyon pul ödədim”.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...