Nadirdən gözlənilməz sözlər: "Sıra məndədir, cənnətdə görüşərik"
Yeniliklərdən dərhal xəbərdar olun
Nadir Qafarzadə ötən gün dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov haqqında paylaşım edib.
BAKU.WS xəbər verir ki, müğənni sosial şəbəkə hesabında Baloğlan Əşrəfov haqqında bunları yazıb:
"Bu da son... Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu, çox... "Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı tufanlar, sənətkar.
Heç inanmaq istəmirəm nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".
Oxşar xəbərlər
Ali məktəbdə dərs deyən müğənni və xanəndələr - SİYAHI
Yəqin ki, çoxunuz gündəlik efirlərdə gördüyünüz əməkdar və xalq artistlərinin pedaqoji fəaliyyətindən xəbərsizsiniz. BAKU.WS bu dəfə ali məktəblərdə dərs deyən...