Nadir Qafarzadə: “Xalqın qızına pis gözlə baxa bilmərəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə haqqında yayılan eşq iddialarına açıqlama gətirib.
BAKU.WS xəbər verir ki, bu barədə “MTV” kanalına danışan sənətçi Ayana qızı kimi baxdığını, yayılan xəbərlərin şayiə olduğunu və artıq onu təngə gətirdiyini deyib:
“Mən gənc ifaçılardan yalnız Ayan xanımla duet oxumuşam. Xatirə, Sevda ilə də duetlərim var. Amma böyük sənətkarlarla da duetlərim olub. Ayanla mən dostam. Onun ailəsini, anasını, qardaşını tanıyıram. Onun qızına “balam” deyirəm.
Ola bilsin ki, münasibətlərimiz istidir. Mən onu bağrıma da basa bilərəm. Bu, o demək deyil ki, biz onunla sevgiliyik. Əsla! Mənə yaraşmaz! Mənim Ayan yaşında oğlum var. Yaraşsa belə, mən xalqın qızına pis gözlə baxa bilmərəm”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...