Nadir Qafarzadə: "Oğlum mənimlə küçəyə çıxmaq istəmir, deyir ki..." - VİDEO

Müğənni Nadir Qafarzadə oğlanları Loğman və Əziz ilə münasibətindən danışıb.
BAKU.WS xəbər verir ki, Xəzər TV-nin “5-də 5” proqramında qonaq olan sənətçi böyük oğlundan narazılıq edib:
“Böyük oğlum Loğman deyir ki, ata, sən mənim üçün nə etmisən? Bu cümlədən heç xoşum gəlmir. Sual verəndə ki, bəs bunları sənin üçün kim edib, deyir ki, etməlisən də. Əslində, etməli deyilik, çünki heç kimin heç kimə borcu yoxdur. Deyəndə ki, mənim üçün heç kim heç nə etməyib, deyir sən gör kimin oğlu olmusan, mən kimin oğluyam. Bu zaman susuram.
Əziz bir başqadır. Geyimlərimə fikir verir. Deyir ki, sən səhnə adamısan, hamı kimi geyinməməlisən. Daha zövqlü, müasir geyinməyimi istəyir. Əziz mənimlə küçəyə çıxmaq istəmir. Deyir ki, elə biləcəklər ki, sənin atanam. Baxmayaraq ki, Əzizin 24 yaşı var, artıq yaşlanmış bir gənc kimi görünür”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
